İdman

Olimpiya məşəli Yunanıstandan Yaponiyaya gətirilib

20 Mart 2020 09:49
2 Şərh     Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Olimpiya məşəli Yunanıstandan 2011-ci ildə zəlzələ və sunamidən ciddi zərər çəkmiş Yaponiyanın Miyagi prefekturasına gətirildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Matsusima hərbi bazasına göyərtəsində Olimpiya məşəlinin olduğu xüsusi təyyarənin enməsi barədə Kiodo agentliyi xəbər verib. Bildirilir ki, Olimpiya məşəlinin qarşılanma mərasiminin başlanması regionda nəqliyyatın hərəkətini pozan güclü külək nəticəsində gecikə bilər.

Xatırladaq ki, Yaponiya ərazisində məşəlin ötürmə estafeti martın 26-da, 2011-ci ildə təbii fəlakət nəticəsində zərər çəkmiş qonşu Fukusima prefekturasında futbol məşq mərkəzində başlanmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.