İdman

Məşhur basketbolçu da koronavirusa yoluxub

18 Mart 2020 10:49
0 Şərh     Baxış: 1 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bruklin"in (Brooklyn Nets) forvardı Kevin Dyurentin (Kevin Durant) koronavirus (coronavirus) analizinin nəticəsi pozitiv çıxıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Dyurentdə koronavirus aşkarlanıb. "Diqqətli olun, özünüzü qoruyun və karantin qaydalarına əməl edin. Hamımız birlikdə bu sınaqdan keçəcəyik", - deyə ulduz basketbolçu qeyd edib.

"Bruklin"in toplam 4 oyunçusunun Covid-19-a yoluxduğu bildirilir.

Daha əvvəl Rudi Qober ("Yuta"), Donovan Mitçell ("Yuta") və Kristian Vudda ("Detroyt") koronavirus aşkarlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.