İdman

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri italiyalı həmkarlarını dəstəklədi - VİDEO

17 Mart 2020 17:50
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri koronavirus epidemiyasının yayılması ilə əlaqədar italiyalı həmkarlarına dəstək müraciəti yayımlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, videoçarxın yazılmasında Siyana Vasileva, Zöhrə Ağamirova, Məryəm Səfərova, Darya Sorokina, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Narın Qurbanova iştirak edib.

Videoçarxda deyilir:

"İndi vəziyyət çox yaxşı deyil. Biz narahatıq, amma həm də ümidvarıq ki, bir-birimizə qarşı diqqətli olmaqla bunun öhdəsindən gələcəyik. Biz İtaliya sakinlərinə və gimnastlarına tam dəstəyimizi ifadə edirik, sağlamlıq və təhlükəsizlik arzulayırıq. Hər şey yaxşı olacaq, biz birik!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.