İdman

Taekvondo bölmələrinin və klublarının məşqləri dayandırılır

14 Mart 2020 08:24
0 Şərh     Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi respublikada fəaliyyət göstərən bütün taekvondo bölmələrindən və klublarından martın 29-dək məşqləri dayandırmağı tələb edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə federasiyanın rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri nəzərə alınaraq taekvondo üzrə məşqlər dayandırılsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.