UFC 249 çərçivəsində Həbib Nurməhəmmədov və Toni Ferqyuson arasında keçirilməli olan döyüş ləğv edilə bilər.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyasının yayılması səbəbindən döyüşün keçirilməməsi gündəmə gəlib. UFC prezidenti Deyna Uayt bu variantı istisna etməyib.
Uayt əvvəlki açıqlamasında bu yöndəki iddiaları rədd etmişdi. Həbib - Ferqyuson döyüşü 18 apreldə Nyu-Yorkda keçirilməlidi.
Milli.Az