İdman

Çempionlar Liqasının iki oyunu təxirə salındı

12 Mart 2020 22:17
0 Şərh     Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının 1 /8 finalının cavab oyunları çərçivəsində keçiriləcək  iki görüş təxirə salınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Yuventus" - "Lion" və "Mançester Siti" - "Real" matçı koronavirus səbəbindən nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

"Mançester Siti"nin rəsmi saytı "Real"ın basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanmasına görə görüşün təxirə salındığını açıqlayıb. Madrid klubunda basketbol və futbol komandaları eyni bazada yerləşdiyindən futbolçular da karantinə alınıb.

Qeyd edək ki, hər iki oyun martın 17-də keçirilməli idi. Komandalar arasında ilk görüşdə "Mançester Siti" 2:1 (səfərdə), "Lion" isə 1:0 (evdə) hesablı qələbə qazanıb.

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" matçları da eyni səbəbdən təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.