İdman

Azərbaycan gimnastları FIG Dünya kubokuna hazırlıqdan danışıb - VİDEO

11 Mart 2020 14:54
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, Marina Nekrasova, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Samirə Qəhrəmanova, Cavidan Babayev təmsil edəcək.

Turnir ərəfəsində hazırlanmış videoçarxda gimnastlar İvan Tixonov, Cavidan Babayev, Murad Ağarzayev və Ağamurad Qəhrəmanov yarışa hazırlıq barədə danışıb. Gimnastlar qeyd edib ki, Dünya Kubokuna hazırlıq əsaslı şəkildə davam edir. Onlar əlavə edib ki, doğma azarkeşlər qarşısında çıxış etmək çox məsuliyyətlidir.

Qeyd edək ki, bu turnir 2020-ci il Yay Olimpiya Oyunlar üçün lisenziya xarakteri daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.