İdman

“Bavariya” – “Çelsi” matçı da azarkeşsiz keçiriləcək

11 Mart 2020 15:37
0 Şərh     Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Bavariya" - "Çelsi" matçı azarkeşsiz oynanılacaq. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüşün azarkeşsiz keçirilməsinə səbəb, koronavirus epidemiyasının yayılmasının qarşısını almaqdır.

"Bavariya" "Çelsi" ilə oyuna satılmış biletlərin pullarını azarkeşlərə geri qaytaracaq.

Martın 18-də keçiriləcək "Bavariya" - "Çelsi" matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda almanlar 3:0 hesabıyla qalib gəlib.

ÇL-in 1/8 finalının PSJ - "Borussiya" (Dortmund) və "Barselona" - "Napoli" matçı da azarkeşsiz oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.