İdman

“Neftçi” darmadağın oldu, çempiondan 19-cu qələbə

10 Mart 2020 08:23
0 Şərh     Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Yüksək Liqada III dövrəyə başlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, XIX turun oyunları "Olimpik Star"da keçirilib. 

Günə son çempion "Araz"ın matçı ilə start verilib. Naxçıvan təmsilçisi "Baku Fire"ni 12:1 hesabı ilə darmadağın edib. Bu, itkisiz irəliləyən "Araz"ın mövsümdə 19-cu qələbəsi olub.

Turun mərkəzi oyununda mükafatlara iddialılar "Marafon"la "Neftçi" qarşılaşıb. Nominal meydan sahibləri rəqibini 8 qolla darmadağın edib.
 
İlk iki oyunda olduğu kimi "Bakı" və "Yasamal"ın duelində də darmadağın qeydə alınıb. Paytaxtın eyniadlı təmsilçisi autsayderi itkisiz keçib.

Cəmi iki qolun qeydə alındığı "Xızı Futzal" - "Record club" qarşılaşmasında qalib müəyyənləşməyib. "Premier" isə EKOL-la oyuna gəıməyib.

Yüksək Liqa
XIX tur
9 mart 
13:30. "Araz" - "Baku Fire" - 12:1

Hakimlər: Hikmət Qafarlı, Ziya Nəsirov, Ramiz Məhərrəmov
Qollar: Ramiz Çovdarov, 07:52, 22:22, 23:33, Xətai  Bağırov, 08:11, 11:15, 17:41, 23:00, 24:04, 31:07, 31:28, Mehrdad  Qəmbərzadə, 10:38, Hadi  Əhmədi, 29:05 // Hüseyn Qarayev, 37:49

15:30. "Marafon" - "Neftçi" - 8:0
Hakimlər: Kənan Məlikov, Ceyhun Hüseynov, Anar Fərəcov
Qollar: Vitali  Borisov, 03:08, 06:58, Tofiq  Mikayılov, 06:25, Sərxan Məstiyev, 16:59, 26:03, 37:08, İlkin Hacıyev, 33:55, Elşən  İbrahimxəlilov, 38:08

17:30. "Bakı" - "Yasamal" - 9:4
Hakimlər: Nail Nağıyev, Elmir Quluzadə, Əli Cəbrayılov
Qollar: Vüsal Buludov, 04:53, 27:16, İlham Allahverdiyev, 10:05, 29:20, 30:01, Məhəmməd Bədəlbəyli, 16:02, 16:58, 33:44, 38:19 // Kamal Həsənpur, 19:38, 25:15, Davud Bagheri, 24:14, Pərviz Əliyev, 31:09
 
19:30. "Xızı Futzal" - "Record club" - 1:1
Hakimlər: Mehman Mahmudov, Mahir Məmmədov, Rahin Heybətov
Qollar: Elnur Soltanlı, 35:25 // Matin Gahramani, 22:53

1

Araz

19

19

0

0

139-34

57

2

Marafon

19

15

0

4

131-46

45

3

EKOL

18

14

0

4

103-52

42

4

Neftçi

18

12

0

6

74-66

36

5

Baku Fire

19

10

1

8

79-84

31

6

Bakı

19

6

2

11

76-99

20

7

Premier

17

4

2

10

63-100

14

8

Record club

19

4

2

13

64-110

14

9

Xızı Futzal

19

4

1

14

65-120

13

10

Yasamal

19

1

0

18

59-141

3

Bombardirlər: Xətai Bağırov (Araz) - 39, Firudin Ağalarov (Premier, Quba // Xızı Futzal) - 29 qol

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.