İdman

Qəbələdə mövsümün rekordu

8 Mart 2020 19:39
0 Şərh     Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün rekordu qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qəbələ" ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, 20-ci turun "Sumqayıt"la görüşünə təsadüf edib.

5:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar" cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub. Bunadək rekord "Keşlə"yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən 18-ci turun oyununda "Zirə"nin qapısından 4 top keçirib.

Qeyd edək ki, ümumilikdə mövsümün rekordu "Qarabağ"a məxsusdur. Ağdam klubu səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.