İdman

Teymur Rəcəbov təkzib etdi - “Hər hansı şəxsi problemim yoxdur” - YENİLƏNİB

6 Mart 2020 14:02
0 Şərh     Baxış: 2 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:02

İddiaçılar turnirindən imtina etdiyi deyilən Teymur Rəcəbov bu barədə açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qrossmeysterimiz İnstaqram hesabında bu barədə paylaşım edib. 

Rəcəbov səhhətində hər hansı problemin olmadığını bildirib:

"Əziz həmvətənlərim, şahmat azarkeşləri, bütün şahmat ictimaiyyəti, həmkarlar və dostlar. Bu xəbər doğru deyil. Turnirdən çıxmaq üçün şəxsi səbəbim yoxdur. Çox yaxında bununla bağlı FİDE-yə göndərilən məktublar və onların cavabları ilə birlikdə açıqlama verəcəm".

----------
12:46

Teymur Rəcəbov iddiaçılar turnirindən imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, Rəcəbov şəxsi səbəblərdən yarışa qatılmaqdan imtina edib.

Rəcəbovun yerinə turnirə gedəcək şahmatçı da bəlli olub. Onu fransız qrossmeyster Maksime Vaşye-Laqrav əvəzləyəcək.

Qeyd edək ki, iddiaçılar turniri şahmatın ən güclü yarışı sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.