İdman

Hakimi itələyən oyunçuya tarixi cəza

6 Mart 2020 12:22
0 Şərh     Baxış: 2 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Futbol Federasiyası İntizam Komitəsi "Monako"nun futbolçusu Gelson Martinesə sərt cəza verilib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, buna səbəb Liqa 1-ın 22-ci turunda "Nim"ə qarşı keçirilən görüşdə baş verənlər olub.

Belə ki, sözügedən qarşılaşmada portuqaliyalı futbolçu hakim Mikael Lesagenin qərarlarına etiraz edib. Daha sonra o, ədalət təmsilçisini üzərinə gedib və onu itələyib.

Bu səbəbdən də İntizam Komitəsi futbolçunun 6 ay meydanlardan kənarlaşdırılmasına qərar verib. "Monako" klubu cəzanın ədalətsiz olduğunu və buna etiraz edəcəklərini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.