İdman

Eden Hazard əməliyyat olundu

6 Mart 2020 09:23
0 Şərh     Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Eden Hazard əməliyyat olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ABŞ-ın Dallas şəhərində edilən əməliyyat uğurlu keçib. Belçikalı yarımmüdafiəçinin bir neçə gün xəstəxanada qalacağı bildirilib. Daha əvvəl Hazardın mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi açıqlanmışdı. O, fevralın 22-də "Levante" ilə görüşdə zədələnmişdi.

Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən Hazard bu müvsüm "Real"ın heyətində cəmi 10 oyuna çıxıb və 1 qol vurub, 1 qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.