İdman

Ter Ştegen "Barselona"da qalır

5 Mart 2020 19:24
0 Şərh     Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" qapıçısı Mark-Andre Ter Ştegenlə bağlı qərarını verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. Almaniyalı "çərçivə qoruyucusu"nun da Kataloniya klubu ilə yeni müqavilə imzalamaq istədiyi bildirilir. Barcelona-nın tezliklə futbolçu ilə daha yaxşı şərtlərlə uzunmüddətli müqavilə imzalayacağı deyilir.

Bir müddət əvvəl futbolçunun adı bir neçə klubla yanaşı çəkilsə də, katalonların qapıçı üçün 180 milyon avro tələb etməsi səbəbiylə transfer baş tutmamışdı.

2014-cü ildən "Barselona"da çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.