İdman

"Mançester Siti" derbi ərəfəsində əsas oyunçusunu itirdi

5 Mart 2020 18:09
0 Şərh     Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şeffild Uensdey"lə oynanılan matçda (1:0) meydana çıxmayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Quardiola görüşdən sonra belçikalı futbolçunun niyə oynamadığına aydınlıq gətirib:
"Kevinin çiynində problem var. Ona görə də bu gün oynamağa hazır deyildi. O, "Aston Villa" ilə görüşün sonlarında zədə aldı".

Katalon mütəxəssisin sözlərinə görə, Kevinin Mançester derbisində iştirakı sual altındadı:

"Kevinin hansı müddətə sıradan çıxdığını dəqiq bilmirik. Ümid edirik ki, tezliklə yaşıl meydanlara qayıdacaq. Onun "Mançester Yunayted"lə oyuna yetişib-yetişməyəcəyini də bilmirəm".

"Mançester Yunayted" - "Mançester Siti" oyunu bazar günü keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.