İdman

Xaricdən Azərbaycana gələn idmançılar koronavirusa görə yoxlanılacaqlar

4 Mart 2020 13:53
1 Şərh     Baxış: 2 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər bir insandan tələb edəcəyik ki, sağlamlıq haqqında arayışla gəlsinlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə koronavirusun yayıldığı İtaliyanın idmançılarının martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı barədə məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sərhəddə hamı yoxlanılacaq:

"Bu idmançı sağlamdırsa, yarışa qatılacaq. Sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu bizim istəyimiz deyil, Ümumdünya Səhiyyə Təşkilatının tələbidir".

Ç.Hüseynzadə bildirib ki, yarışların təxirə salınması heç kimdən asılı deyil:

"Bu nə bizdən, nə də başqa şəxslərdən asılıdır. Ona görə də yarışlardan hansısa təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma bunların hamısı baş tutacaq. Nəzərdə tutulmuş bütün tədbirlər keçiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.