İdman

Azərbaycan Premyer Liqasının da oyunları təxirə salınacaq? - PFL-dən açıqlama

3 Mart 2020 12:59
0 Şərh     Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasının oyunları təxirə salınmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə qol.az-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

O bildirib ki, Nazirlər Kabineti koronavirus səbəbindən bütün kütləvi tədbirlərin ləğv olunmasıyla bağlı qərar qəbul etməyib:

"Təkcə təhsil ocaqları istisnadır. AFFA bu üzdən məktəblilərin çıxış etdiyi çempionatların oyunlarını təxirə salıb. Premyer Liqa görüşləri öncədən nəzərdə tutulduğu qaydada keçiriləcək. Birinci Divizionun matçları da həmçinin".

A.Şahgəldiyevin sözlərin görə, yalnız hansısa klub bizə müraciət edəcəyi və səbəb göstərəcəyi halda müraciətə baxıla bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.