İdman

Avropa Liqasının finalı bu stadionda keçiriləcək

2 Mart 2020 20:37
0 Şərh     Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 2022-ci ildə keçiriləcək final matçının stadionu açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA həlledici görüşün Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da keçiriləcəyini bəyan edib.

Həmin il UEFA Super kuboku matçı Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə isə Rusiyanın Kazan şəhərindəki "Kazan Arena"da təşkil ediləcək.

Avropa Liqasının bu il final görüşü Polşanın Qdanks şəhərində keçiriləcək. 2021-ci ildəki finala isə İspaniyanın Sevilya şəhəri ev sahibliyi edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.