İdman

Karateçilərimiz Avstriyada Premyer Liqa turnirini iki medalla başa vurublar

1 Mart 2020 20:45
0 Şərh     Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate 1" Premyer Liqa turnirini iki medalla başa vurublar.

Milli.Az xəbər verir ki, Rafiz Həsənov (67 kq) yarışda uğurla çıxış edərək qızıl medal qazanıb. O, finalda İtaliya təmsilçisi Luka Mareskadan üstün olub.

Qadınların yarışında isə İrina Zaretska (68 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş "Karate 1" Premyer Liqa turnirində də iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.