İdman

FİFA-dan transfer qaydaları ilə bağlı - Yeni qərarlar

28 Fevral 2020 07:25
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti iclası keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, iclasda transfer qaydalarında yenilik edilməsi ilə bağlı qərarlar verilib.

İcarəyə götürülən futbolçuların sayına məhdudiyyət qoyulub. Bu qayda 2020-ci ilin iyulundan qüvvəyə minəcək. 2020/21 mövsümündən başlayaraq bir kluba digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürülməyəcək. 2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək.

İki eyni klub arasında icarə müqavilələrinin sayı da məhdudlaşdırılıb. Tərəflər maksimum 3 oyunçunu bir-birinə icarəyə verə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.