İdman

İtaliya A Seriyasının 3 oyunu təxirə salındı

23 Fevral 2020 15:46
0 Şərh     Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın baş naziri Cüzeppe Konte Lombardiya və Veneto regionları ərazilərində bütün idman tədbirlərinin təxirə salındığını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna həmin regionlarda koronavirus xəstəliyinin yayılması səbəb olub. Həmin tədbirlər sırasına A Seriyasının Verona - Cagliari, Atalanta - Sassuolo və İnter - Sampdoria matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Oyunların yeni tarixləri hələ açıqlanmayıb.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının Ascoli - Cromenese görüşü də başqa vaxta keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.