İdman

Özil Londonda qaldı - Ata olacaq

20 Fevral 2020 18:49
0 Şərh     Baxış: 1 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın futbolçusu Məsut Özil Avropa Liqasının 1/16 finalında bu gün keçiriləcək "Olimpiakos"la səfər oyununu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi baş məşqçi Mikel Artetanın icazəsi ilə Londonda qalıb. O, yaxın günlərdə uşaq dünyaya gətirəcək həyat yoldaşı Emina Gülşenin yanında olmaq üçün bu addımı atıb.

Özilin "Everton"a qarşı fevralın 23-cü İngiltərə Premyer Liqasında keçiriləcək matça kimi komandaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, M.Özil bu mövsüm 20 matçda 1 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.