İdman

"Neftçi"nin keçmiş futbolçusu öldü

20 Fevral 2020 16:09
0 Şərh     Baxış: 1 717
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Neftçi" klubunun keçmiş futbolçusu Vitali Xluçin dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib.

"Neftçi" klubu yayımladığı başsağlığı mesajında V.Xluçinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, V.Xluçin 1959/1960, 1963/1964 və 1966-cı ildə "ağ-qaralar"ın formasını geyinib. O, "Polad" (Sumqayıt), "Araz" (Naxçıvan) klublarında da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.