İdman

Kasilyas karyerasını bitirdi

19 Fevral 2020 14:42
0 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Portu"nun qapıçısı İker Kasilyas karyerasını bitirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu klub prezidenti Jorje Nunu Pinto Portuqaliya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, Kasilyas tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək.

Ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.

Xatırladaq ki, 39 yaşlı qolkiper İspaniya Futbol Federasiyasının prezidentliyi vəzifəsinə namizəddir.

Qeyd edək ki, İspaniya millisinin və "Real"ın əfsanəvi oyunçusu yığmada (2000-2016) 167 oyun keçirib. O, "Portu"ya qədər yalnız "Real"da oynayıb. Madrid klubunun yetirməsi 2015-ci ildən "Portu"da çıxış edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.