"Barselona" bu həftə "Leqanes"in futbolçusu Martin Breytueyti transfer edə bilər.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunun üçün Kataloniya klubu 28 yaşlı hücumçunun təzminat qiyməti olan 20 milyon avro ödəməyə hazırlaşır. Onun zədəli Usman Dembele və Luis Suaresi əvəz edəcəyi bildirilib.
Qeyd edək ki, La Liqa rəhbərliyi "Barselona"nın 15 gün ərzində yeni futbolçu almağına icazə verib. Ancaq həmin oyunçu İspaniya çempionatında oynamalıdır.
Milli.Az