İdman

"Simeone ilə oxşar bir hekayəmiz var" - Klopp

17 Fevral 2020 19:19
0 Şərh     Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkimiz də çox mübarizə apardıq. Qalib gələ bilmədik, amma hələ də mübarizə aparmağa davam edirik. Simeone ilə oxşar bir hekayəmiz var.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalının "Atletiko" ilə səfər oyunu öncəsi deyib. Almaniyalı mütəxəssis rəqibin çalışdırıcısı ilə yaxşı münasibətdə olduğunu bildirib: 

"Simeone rəqabət aparmağı sevən biridir. Əslində, aramızda yaxşı münasibət  var.  Lakin əminəm ki, o, oyun vaxtı bunu unudacaq. Çünki  meydanda olduqca hərəkətlidir".

Qeyd edək ki, "Atletiko" - "Liverpul" matçı fevralın 18-dən 19-na keçən gecə saat 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.