Portuqaliyada irqçilik skandalı - Futbolçu meydanı tərk etdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portuqaliya futbolunda qalmaqal baş verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna 21-ci turun dünən keçirilən "Qimaraynş" - "Portu" matçındakı (1:2) iqrçi hadisələr səbəb olub. Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Serjio Konseysau bildirib ki, futbolçusu Mussa Mareqa iqrçi təhqirlərə məruz qalıb. Onun sözlərinə görə, stadionda hələ matçöncəsi yüngül məşq zamanı yerli fanatlat sabiq futbolçuları olan Mareqanı təhqir ediblər.
Xarici jurnalistlər bildirir ki, buna bir əsas olmayıb. Çünki malili futbolçu bu klubda bir il icarə qaydasında çıxış edib, 13 qol vurub və komandanın Avropa Liqasına vəsiqə qazanmasına kömək edib.
"Qimaraynş"ın baş məşqçisi İvo Vieyra isə deyib ki, Mareqanın ünvanına təhqir deyil, sadəcə fit səsləri eşidib. Amma görüntülərdən də aydın olur ki, futbolçu iqrçiliyə məruz qalıb. 61-ci dəqiqədə o, "Portu"nun qələbəsi ilə nəticələnən ikinci qolu vurub və təhqirlərə dərisinin rənginə işarə jesti ilə cavab verib.
Bundan sonra tribunada durum daha da gərginləşib. Yerli fanatlar meymun qışqırığını imitasiya edən hərəkətlər ediblər, bəziləri isə oturacaqları sındıraraq meydana atıblar.
Futbolçu baş verənləri hakimin diqqətinə çatdırmaq istəyəndə isə sarı vərəqə alıb. Həmin an o, əsəblərinə hakim ola bilməyərək məşqçidən əvəzlənməsini istəyib. "Portu"lu və "Qimaraynş"lı oyunçular Mareqadan meydanda qalmasını istəyiblər. Sırf buna görə matç bir neçə dəqiqə dayanıb. Amma futbolçu fikrindən dönməyərək meydanı tərk edib və paltardəyişmə otağına yollanıb.
Matçdan sonra Mareqa İnstaqram hesabında yazıb: "Stadiona gəlib irqçi təhqirlər səsləndirən bütün axmaqlara demək istəyirəm ki, gedin... Və hakimə "təşəkkür" edirəm ki, öz dərimin rəngini müdafiə etdiyim üçün mənə sarı vərəqə göstərdi. Ümid edirəm ki, onları bir daha meydanda görməyəcəyik. Siz futbol adına rəzalətsiniz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Lixtenşteynlə oyundan əvvəl millimizin 7 futbolçusu heyətdən çıxarıldı
XƏBƏR LENTİ
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi





