Azərbaycan karateçisi Dubayda Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, karateçimiz İrina Zaretska (68 kq) üçüncü yer uğrunda Alize Ajye (Fransa) ilə qarşılaşmanı qalib başa vuraraq bürünc medal əldə edib.
Turnir fevralın 16-da başa çatacaq. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.
Milli.Az