Bakıda keçirilən Dünya Kubokunda əla şərait yaradılıb - FIG üzvü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Gimnastika Federasiyası xeyli sayda irimiqyaslı yarışlar keçirir və onlar həmişə yüksək səviyyədə təşkil olunur.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının Batut gimnastikası üzrə texniki komitəsinin birinci vitse-prezidenti Nikolay Makarov deyib.
"Azərbaycanın Gimnastika Federasiyasında yaxşı komanda çalışır. Hər kəs öz işini yaxşı bilir. Onlara batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda da, gələcək yarışlarda da qələbə arzulayıram", - deyə o bildirib.
Nikolay Makarov Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təşkilatı işlərini yüksək dəyərləndirib.
"Gözlənildiyi kimi, şərait əladır, məşq zalı isə çox yaxşıdır. İdmançılar üçün hər şey - rahat yaşayış şəraiti, nəqliyyat hazırdır. Bütün struktur "saat kimi" çalışır. Ümid edirəm, bu, yarışların nəticələrinə yaxşı təsir edəcək", - deyə N.Makarov əlavə edib.
O vurğulayıb ki, Bakıda keçirilən Dünya Kuboku lisenziya xarakteri daşıdığı üçün idmançılar üçün olduqca böyük əhəmiyyət daşıyır.
"Biz bilirik ki, Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya kuboklarına müxtəlif ölkələrdən çoxlu iştirakçı gəlir. Hamı lisenziya almaqda maraqlıdır və buna görə də yarışları izləmək çox maraqlı olacaq", - deyə N.Makarov bildirib.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.
30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.
Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir





