İdman

Ulduz futbolçu koronavirusa görə Çin klubundan ayrılır

13 Fevral 2020 14:55
0 Şərh     Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Qinqdao Huanqay" klubunda forma geyinən Yaya Ture karyerasını Paraqvayda davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə "Libertad" klubu yaxından maraqlanır.

Paraqvay təmsilçisinin Tureyə rəsmi təklif göndərdiyi və müsbət cavab aldığı bildirilir. Yarımmüdafiəçi yaxın zamanda "Libertad"la rəsmi müqavilə imzalayacaq.

Turenin Çindən ayrılmasına səbəb, ölkədə yayılan koronavirusla bağlı çempionatların dayandırılmasıdır.

Qeyd edək ki, Ture karyerası ərzində "Monako", "Barselona", "Mançester Siti" kimi klublarda forma geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.