İdman

"Mançester Yunayted" koronavirusuna görə otel dəyişdirdi

13 Fevral 2020 18:34
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" təlim-məşq toplanışında olduğu İspaniyanın Marbella şəhərində qaldığı oteli dəyişdirməyə qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna Çin "Dalyan İfan" klubunun baş məşqçisi Rafael Benitezin ötən həftə həmin oteldə qalması olub.

Belə ki, Çində koronavirusu yayıldığı üçün klub sözügedən ölkədən İspaniyaya gedən Benitesin olduğu yerdə qalmaq istəməyib. Riskin qarşısını almaq üçün "MY" bu addımı atıb.

Qeyd edək ki, "Mançester Yunayted" "Şanxay Şenxua"dan icarədən götürdüyü Odion İqalonu da koronovirusa qarşı ehtiyat tədbirləri səbəbindən komandadan ayrı çalışdırır. O, "MY" İspaniyadakı düşərgəsinə aparılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.