İdman

"Milliyə Almaniya, Rusiya, Türkiyədən namizədlər var" - Elxan Məmmədov

13 Fevral 2020 12:11
1 Şərh     Baxış: 1 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millinin baş məşqçisi postuna müxtəlif ölkələrdən 30-a yaxın namizədimiz var idi. AFFA İcraiyyə Komitəsi üzvləri bu həftə bizə öz fikirlərini bildirəcəklər. Onların bizdən və yeni məşqçidən nə gözlədikləri önəmlidir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.
 
"Azərbaycan Radio"sunun qonağı olan Məmmədov milli komandanın baş məşqçi postuna namizədlərlə bağlı işlərin davam etdiyini söyləyib. O, siyahıda adları olan bir neçə mütəxəssisin təmsil etdikləri ölkələri açıqlayıb: "Şərqi Avropadan 5, eyni zamanda Ukrayna, Rusiya, Almaniya, Türkiyə, İrlandiya kimi ölkələrdən namizədlər var".
 
Məmmədov namizədlər sırasında yerli məşqçinin olmadığını da əlavə edib: "Bilirsiniz, bu gün Azərbaycanda ən yaxşı yerli məşqçi Qurban Qurbanovdur. Amma onun klubu ilə müqaviləsi davam edir. Üstəlik, bu yaxınlarda bizimlə işləyib. Milli komanda ancaq beynəlxalq oyunlarda təmsil olunur. Bizə beynəlxalq təcrübəsi olan məşqçi lazımdır. Qurban müəllim bu baxımdan ən ideal variant idi, çünki böyük təcrübəsi var. İcraiyyə Komitəsi üzvləri beynəlxalq təcrübəsi olan başqa yerli məşqçi tanıyırlarsa, təklif edə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.