İdman

Azərbaycan derbisi - "Qarabağ" "Neftçi"yə qarşı

8 Fevral 2020 09:39
0 Şərh     Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilləcək.

Əvvəlcə "Sumqayıt" "Zirə"nu qəbul edəcək. Bu, iki klubun çempionatda 19-cu qarşılaşması olacaq. Əvvəlki 18 görüşdən 4-də "Sumqayıt", 10-da "Zirə" qələbə qazanıb. Daha 4 matçda heç-heçə qeydə alınıb.

Turun son oyununda isə "Qarabağ" doğma meydanda "Neftçi" ilə qarşılaşacaq.  Hazırda Qurban Qurbanovun baş məşqçi olduğu komanda 34 xalla liderdir. 26 xala malik "Neftçi" ən azı heç-heçə etsə, ikinci pilləyə yüksələcək.

8 fevral

17:30. "Sumqayıt" - "Zirə"
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
"Kapital Bank Arena"

20:00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu

7 fevral

"Keşlə" -" Səbail" - 0:1

"Sabah" - "Qəbələ" - 3:2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.