İdman

“Neftçi” coşdu – 10 cavabsız qol

8 Fevral 2020 08:28
0 Şərh     Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyunları davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fevralın 7-də daha 5 qarşılaşma keçirilib.

"Premier" "Bibi-Heybət"ə 5:3, "Baku Fire" "Advokat"a 5:4 hesabı ilə qalib gəlib. Günün ən böyükhesablı qələbəsini "Neftçi" qazanıb. Yüksək Liqa təmsilçisi "Gənclik"lə oyunda coşub - 10:0. "Record club" gözlənilmədən "Hövsan"a uduzub - 6:8. "Baku Fans" isə "Zəngilan"ı  8:2 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, ilk oyunlara bu gün keçiriləcək 6 görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku
1/16 final, ilk oyunlar
7 fevral

"Premier" - "Bibi-Heybət" - 5:3
"Baku Fire" - "Advokat" - 5:4
"Neftçi" - "Gənclik" - 10:0
"Record club" - "Hövsan" - 6:8
"Baku Fans" - "Zəngilan" - 8:2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.