İdman

"Barselona"da növbəti gərginlik

7 Fevral 2020 15:00
1 Şərh     Baxış: 2 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi məşq vaxtı komandanın qapıçısı Mark-Andre ter Ştegenlə mübahisə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mübahisə top uğrunda mübarizə zamanı yaranıb. Onları komanda yoldaşları sakitləşdiriblər.

Xatırladaq ki, bundan əvvəl Messinin müdafiəçi Jerar Pike ilə də münaqişəsi yaranıb. Bundan başqa, argentinalı hücumçunun klubun idman direktoru Erik Abidalla da münaqişəsi olub. Abidal açıqlamasında komandanın sabiq baş məşqçisi Ernesto Valverdenin vaxtında futbolçuların yaxşı oynamadığını bildirib. Messi isə onun bu fikirlərinə etiraz edib və Abidalın konkret ad çəkməli olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.