İdman

Azərbaycanda transfer pəncərəsi bağlandı: kim gəldi, kim getdi?

4 Fevral 2020 13:11
0 Şərh     Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda qış transfer pəncərəsi başa çatıb. 

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bundan sonra klublar heyətə yalnız azad agentləri cəlb edə biləcəklər.

Transfer pəncərəsinin ən aktiv klubları "Zirə" və "Sabah" olub. "Sumqayıt" isə heyətinə heç bir futbolçu cəlb etməyib.

Qış transfer bazarında Premyer Liqa klublarında qeydə alınan bütün futbolçu keçidlərini təqdim edirik...

"Qarabağ"

Gələnlər: Nicat Mehbalıyev ("Sumqayıt": icarədən qayıdıb), Kvabena Ovusu ("Leqanes", İspaniya)
Gedənlər: Simeon Slavçev ("Levski", Bolqarıstan), Asmir Beqoviç ("Bornmut", İngiltərə: icarə müddəti başa çatıb), Riçard Almeyda ("Baniyas", BƏƏ), Dani Kintana ("Çendu Sİnçen", Çin)

"Neftçi"

Gələnlər: İbrahim Əliyev ("Sumqayıt"), Mirabdulla Abbasov ("Səbail", icarədən qayıdıb), Saman Nariman Cahan ("Maşınsazi", İran)
Gedənlər: Rauf Əliyev ("Səbail"), Kirilo Petrov ("Kolos", Ukrayna)

"Keşlə"

Gələnlər: Şohruh Qadoyev ("Bunyodkor", Özbəkistan), Aleksandr Kristovao ("Al-Mozjel", Səudiyyə Ərəbistanı)
Gedənlər: Murad Qayalı ("Səbail"), Şahin Zəkiyev ("Səbail")

"Sumqayıt"

Gələn: yoxdur
Gedənlər: İbrahim Əliyev ("Neftçi"), Ehtiram Şahverdiyev ("Qəbələ"), Nicat Mehbalıyev ("Qarabağ": icarə müddəti başa çatıb), Elgün Nəbiyev ("Sabah": icarə müddəti başa çatıb)

"Zirə"

Gələnlər: Davit Volkov ("Qəbələ"), Ağabala Ramazanov ("Səbail"), Alie Sisay ("Arda", Bolqarıstan), Yovan Krneta ("Levadiakos", Yunanıstan), George Anton ("Şerif", Moldova)
Gedənlər: Soni Norde, Robin Nqalande, Xulio Sezar Rodriqes ("Sabah"), Elvin Məmmədov

"Sabah"

Gələnlər: Mario Marina ("Qoritsa", Xorvatiya), Marko Deviç ("Vozdovats", Serbiya), Yevgeni Koçuk ("Səbail"), Xulio Sezar Rodriqes ("Zirə"), Elgün Nəbiyev, ("Sumqayıt", icarədən qayıdıb)
Gedənlər: Hendrik Ekşteyn ("Səbail"), Rocer Roxas ("Deportes Tolimo", Kolumbiya)

"Qəbələ"

Gələnlər: Ehtiram Şahverdiyev ("Sumqayıt"), Abdelrafik Jerar ("Union Sent Jiluaz", Belçika)
Gedənlər: Davit Volkov ("Zirə"), İbrahima Niasse ("Lamiya", Yunanıstan)

"Səbail"

Gələnlər: Murad Qayalı ("Keşlə"), Rauf Əliyev ("Neftçi"), Hendrik Ekşteyn ("Sabah"), Peyman Keşavarz ("Qostareş", İran)
Gedənlər: Ağabala Ramazanov ("Zirə"), Mirabdulla Abbasov ("Neftçi": icarə müddəti başa çatıb), Elvin Yunuszadə, İqor Korotetski, Yevgeni Koçuk ("Sabah").

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.