İdman

"Barselona"ya "yox" dedi - müqaviləsini yeniləyir

4 Fevral 2020 08:43
0 Şərh     Baxış: 1 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Çelsi"nin yarımmüdafiəçisi Villianın "Barselona"ya keçmək variantı yaranıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İspaniya çempionu Braziliya millisinin üzvünə "transfer pəncərə"sinin son günündə təklif göndərib.

Lakin 31 yaşlı oyunçu komandasını dəyişməyə razılıq verməyib. Kataloniyalılar bu keçid üçün 20 milyon avro təklif etsələr də, Villian İngiltərədə həm özünün, həm də ailəsinin rahat yaşadığını və bunu pozmamaq üçün "Çelsi"də qaldığını söyləyib.

"Çelsi" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Villianın tezliklə yeni 2 və ya 3 illik sazişə qol çəkməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.