İdman

Taekvondoçularımızdan 1 qızıl, 1 bürünc medal

4 Fevral 2020 08:03
0 Şərh     Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəbələ" İdman Klubunun taekvondoçuları növbəti uğura imza atıblar.
 
Milli.Az klubun saytına istinadən xəbər verir ki, onlar Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə fərqləniblər.

Azərbaycan milli komandasının üzvləri Cavad Ağayev və Məhəmməd Məmmədov ənənəvi "Turkish open" turnirində mükafatçılar sırasına düşüb. Taekvondoçularımız İstanbulda bir qızıl və bir bürünc medala yiyələniblər. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adını qazanıb. Məhəmməd isə (80 kq) 3-cü yerin sahibi kimi fəxri kürsüyə qalxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.