İdman

Ansu Fati La Liqanın tarixinə düşdü

3 Fevral 2020 13:34
0 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 22-ci turunda "Levante" üzərində qələbə "Barselona"nın futbolçusu Ansu Fati üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşdə iki qol vuran 17 yaşlı yarımmüdafiəçi La Liqadan dubl edən edən ən gənc futbolçu olub. O, bunu 17 yaş 94 günlüyündə edib. Fati qollarını 100 saniyə ərzində vurub. Hər iki ötürməni isə kapitan Lionel Messi verib.

Bundan əvvəlki rekord isə hazırda "Betis"də çıxış edən Xuanmi Ximenesə məxsus idi. O, "Malaqa"da oynayarkən - 2010-cu ildə 17 yaş 115 günlüyündə La Liqada dubl edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.