İdman

Dəm qazından boğulan idmançı məşhur döyüşçümüzün qardaşı imiş - FOTO

3 Fevral 2020 11:19
0 Şərh     Baxış: 3 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Ramana qəsəbəsində dəm qazından vəfat edən MMA idmançısı Arzuman Abbasovun kimliyi müəyyənləşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 22 yaşlı Arzuman tanınmış MMA döyüşçümüz, "Fight Nights Global"ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.

Tailandın Puket şəhərində kəmərini qorumaq üçün təlim-məşq toplanışında olan və iki gün əvvəl təntənəli şəkildə 26 yaşını qeyd etmiş Nəriman hazırda məşqlərini yarımçıq saxlayaraq Azərbaycana qayıdır.
 
Qeyd edək ki, həvəskar MMA yarışlarında Azərbaycan çempionu olmuş Arzuman Abbasovun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.