İdman

Transfer qadağası aradan qalxdı, 15 transferi birdən açıqladılar

1 Fevral 2020 14:19
0 Şərh     Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Ankaragücü" klubuna tətbiq olunan transfer qadağası aradan qaldırılıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu, Türkiyədə transfer pəncərəsinin bağlanmasına saatlar qalmış baş verib.

Bu qadağa klubun bəzi yerli və legioner futbolçularına olan əvvəlki borclarla əlaqədar idi. Lakin bütün borcları bağlayan Super Liqa təmsilçisi nəhayət ki, transfer etmək hüququna yiyələnib.

"Ankaragücü" rəhbərliyi FİFA-dan rəsmi məktubu alan kimi xeyli müddətdi danışıq apardığı və razılıq əldə etdiyi bütün oyunçular üçün eyni gündə imza mərasimi təşkil edib. Paytaxt klubu 15 futbolçuyla müqavilə bağlayıb.

Elita təmsilçisinin heyətinə qatdığı yeni oyunçulardan 8-i legioner (Jerson Rodriqes, Xelmin Rivas, Saba Lobjanidze, Konrad Mixalak, Daniel Lukasik, Rikardo Fridrix, Miloş Stanoyeviç, Nduka Ozokvo), 7-si isə yerlidi (Orkan Çınar, Atila Turan, Fatih Tultak, Suat Kaya, Ahmet Sun, Enes Kubat, Məhəmməd Yasir Karabay)

Qeyd edək ki, "Ankaragücü" Super Liqada 13 xalla 17-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.