İdman

"Qarabağ" "Fənərbağça"nın futbolçusu ilə anlaşdı

1 Fevral 2020 09:35
0 Şərh     Baxış: 2 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir adı "Qarabağ"la çəkilən Alper Potukun Ağdam təmsilçisi ilə anlaşdığı iddia edildi.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Ağdam klubu bir müddətdir oyunçu ilə danışıqlar aparır və artıq tərəflər bir neçə məsələdə anlaşıblar. Oyunçunun mövsümün sonuna qədər icarə əsasında "Qarabağ"da çıxış edəcəyi bildirilir.

Türiyə millisinin sabiq üzvünü Süper Liqa təmsilçisi "Rizespor" istəsə də, Potuk karyerasını "Qarabağ"da davam etdirmək istəyib. "Fənərbaxça"da illik 1,2 milyon avro qazanan Alperə mövsümün yarısının maaşı ödəniləcək. Ancaq "Köhlən atlar"ın qalan 6 ay üçün 600 min avro ödəmək gücü olmadığı üçün bəlli bir miqdar "Fənərbaxça" tərəfindən qarşılanacaq.

Xəbərdə qeyd edilib ki, "Qarabağ" eyni zamanda  oyunçunun satın alma hüququna da yiyələnəcək. Əgər təcrübəli futbolçunun 6 aylıq performansı klub rəhbərliyi qane etsə, o zaman futbolçu bəlli bir miqdar qarşılığında transfer ediləcək.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində transfer dönəmi bitsə də, Azərbaycanda hələ davam edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.