İdman

Nazarov liderə qarşı 80 dəqiqə oynadı

1 Fevral 2020 08:38
0 Şərh     Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya II Bundesliqasında XX tura start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki,  Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" turun açılış oyununda meydana çıxıb.

Adıçəkilən komanda lider "Arminiya"nı qəbul edib. Qolsuz bərabərliklə nəticələnən görüşdə start heyətində meydana çıxan Nazarov 80 dəqiqə mübarizə aparıb. Yarımmüdafiəçi sona 10 dəqiqə qalmış baş məşqçi tərəfindən əvəzlənib.

Bu nəticədən sonra "Aue" 30 xalla 6-cı pillədə qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.