İdman

Xorvatiyalı futbolçu "Yuventus"dan getdi

1 Fevral 2020 08:18
0 Şərh     Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un hücumçusu Marko Pyatsa Belçikaya yollanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Turin təmsilçisi xorvatiyalı futbolçusunu yenə icarəyə verib.

"Şalke" və "Fiorentina"da icarə əsasında çıxış etmiş 25 yaşlı oyunçu bu dəfə eyni şərtlərlə "Anderlext"in formasını geyinəcək. Belçika klubu onu mövsümün sonuna qədər icarəyə götürüb. Pyatsa yayda yenidən "qoca sinyora"ya qayıdacaq.

Qeyd edək ki, Marko Pyatsanın "Yuventus"la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.