İdman

"Milan" Rikardo Rodriqesi icarəyə verib

31 Yanvar 2020 12:49
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan" müdafiəçisi Rikardo Rodriqesi PSV klubuna icarəyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü mövsümün sonuna qədər Niderland klubunda çıxış edəcək. Bu keçid üçün Milan təmsilçisinə 1 milyon avro təzminat ödənilib.

PSV daha 5 milyon avro ödəyib, isveçrəli futbolçunu bitdəfəlik transfer etmək məcburiyyətindədir. Çünki müqavilənin şərtlərində bu bənd yer alıb.

27 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 4 oyun keçirib. "Milan" Rodriqesi 2017-ci ildə "Wolfsburg"dan 17 milyon avroya transfer etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.