“Heç kimin üzünə baxmaq olmurdu” - Millimizin üzvü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az qol.az-a istinadən xəbər verir ki, futzal üzrə Azərbaycan milli komandasının üzvü İsa Atayev DÇ-nin elit-raund mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı keçirdikləri oyundan (4:3) sonra federasiyanın rəsmi saytına müsahibə verib.
- Vacib qələbəni necə şərh edərdin?
- Çox çətin oyun oldu. Açığı, bu dərəcədə ağır oyun olacağını gözləmirdik. Bu gün idman xoşbəxtliyi tərəfimizdə oldu. Oyun ərzində rəqibin də şansları var idi. Bu dəfə elə alındı ki, biz şanslarımızdan istifadə etdik. Futzalda udmaq kimi, uduzmaq da var. Xorvatiya ilə görüşdə uduzduqdan sonra uşaqlar ruhdan düşmüşdülər. Heç kimin üzünə baxmaq olmurdu.
- Demək olarmı, Xorvatiyaya məğlubiyyət bu qələbənin təməlini qoydu?
- Bu cür də əlaqələndirmək olar. Bəlkə də dünən qələbə qazansaydıq, bu gün bunu bacarmayacaqdıq. Yenə deyirəm, hər oyunun öz xarakteristikası, gedişi olur. İran kimi güclü komanda ilə heç-heçə edib, Türkiyə kimi elit kateqoriyaya aid olmayan milliyə uduza bilərsən.
- Zərbələrin öldürücü olur. Dünənki zərbən dirəyə tuş gəldi. Bu gün zərbədən əvvəl toru silkələyəcəyini düşünürdünmü?
- Hiss edirdim ki, zərbəm hədəfə düşəcək. Xorvatlarla matçda 10-12 metrdən zərbə endirmişdim. Bu dəfə məsafə daha az idi - təxminən 6-7 metr. Demək olar, oyunun taleyini dəyişən qol oldu.
- İndiyə qədər Rusiya millisini məğlub edə bilməmişdik. Oyundan əvvəl statistika səni qorxudurdumu?
- Oyundan əvvəl federasiyanın prezidenti Zaur Axundov da bunu bizə xatırlatdı. 2012-ci ildə keçirilən DÇ-nin pley-off oyununda 2:2 hesablı heç-heçə etmişdik. Qalan qarşılaşmaların hamısında uduzmuşduq. Statistika tarixdi, amma futzal yerində saymır. Hər keçən gün komandalar dəyişir. Xorvatiya yığmasından bu cür oyun gözləmirdik. Yaxşı mənada bizi təəccübləndirdilər.
- Qrupda son sınaq Slovakiyaya qarşı olacaq. Bu duel haqda nə düşünürsən?
- Ancaq qələbə qazanmalıyıq. Çünki qrupdakı vəziyyət fevralın 1-də oyunlardan sonra müəyyənləşəcək. Biz də ilk növbədə üzərimizə düşəni etməliyik, sonra Xorvatiya - Rusiya matçını gözləməliyik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
DTX-nin əməliyyatı ilə üzə çıxan "Süleyman camaatı" - məhkəmə
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib





