İdman

"Mançester Yunayted"dən 80 milyon avroluq transfer

29 Yanvar 2020 10:11
0 Şərh     Baxış: 1 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted" "Sportinq"in yarımmüdafiəçisi Brunu Fernadeşin transferində anlaşma əldə edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün 55 milyon avro ödəməyi qəbul edib. Daha 25 milyon avro isə bonuslar şəklində Lissabon klubuna ödəniləcək. Ümumilikdə bu transfer Mançester təmsilçisinə 80 milyon avroya başa gələ bilər.

Lissabon klubu 25 yaşlı futbolçunu 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.