İdman

“Masters” turnirində şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət

28 Yanvar 2020 22:51
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında "Masters" turnirinin səkkizinci turunun oyunları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib.

Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar.

On turdan ibarət "Masters" turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.