İdman

“Borussiya” Əmrə Canın keçidini razılaşdırdı

28 Yanvar 2020 08:08
0 Şərh     Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya millisinin türk əsilli futbolçusu Əmrə Can karyerasını vətənində davam etdirməyə yaxındır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Dortmund "Borussiya"sı 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib.

Almaniya Bundesliqasının iddialısı Əmrə Can üçün İtaliya "Yuventus"una 23 milyon avro ödəyəcək. Futbolçu ilə müqavilə isə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ilin yayında İngiltərə "Liverpul"undan "Yuventus"a azad agent kimi keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.