İdman

Basketbol üzrə Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirildi

28 Yanvar 2020 08:53
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində yayılan virus daha bir idman növü üzrə Olimpiya Təsnifat Turnirinin yerinin dəyişdirilməsinə səbəb olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) qadınlardan ibarət yığmaların Tokio-2020-yə vəsiqələr uğrunda turnirinin Çinin Foşan şəhərində deyil, Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.

Buna Asiya ölkəsində yayılan virus səbəb olub. FİBA idmançıların təhlükəsizliyini düşünərək bu addımı atıb. Artıq 81 nəfərin ölümünə səbəb olan koronavirusa yoluxanların sayı 2886-ya çatıb.

Yarışın tarixi isə dəyişməz qalıb. Turnir fevralın 6-9-da keçiriləcək. Digər iki təsnifat turniri isə planlaşdırıldığı kimi Fransa və Belçikada olacaq.

Qeyd edək ki, bunadək boksçuların Olimpiya Təsnifat Turniri də eyni səbəbə görə Çindən başqa ölkəyə keçirilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.